Futzal üzrə Azərbaycan millisi “Xəzər kuboku”nda iştirak edəcək

Futzal üzrə Azərbaycan millisi ikinci “Xəzər kuboku”nda iştirak edəcək.

Bu barədə Rusiya Mini Futbol Federasiyasının prezidenti Emil Əliyev “RİA Novosti”yə açıqlamasında bildirib.

“Biz artıq 2021-ci ildə U19 Avropa çempionatını Rusiyanın Nijni Novqorod şəhərində keçirmək istəyimizi bildirmişdik. Həmçinin 2020-ci ildə Həştərxanda ikinci “Xəzər kuboku”nu  keçirməyi planlaşdırırıq. Burada  Azərbaycan, Rusiya, İran və Qazaxıstandan olan kişilərdən ibarət milli komandalar iştirak edəcək”, – deyə o, vurğulayıb.

Əliyevin sözlərinə görə, həmin ilin 9 May tarixində qadınlararası beynəlxalq turnir ilk dəfə olaraq Moskvada deyil, Nijni Novqorodda keçiriləcək: “Bu, AVRO-2021-ə vəsiqə qazanmazdan əvvəl sınaq rolunu oynayacaq”.

Federasiya prezidenti əlavə edib ki, keçirilən turnir sayca 11-ci olacaq və İkinci Dünya müharibəsində qələbənin 75-ci ildönümü münasibətilə bəzi dəyişikliklər ediləcək.