FTX-nin “Sputnik Azərbaycan”da çalışan iki əməkdaşı saxlanıldı

Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.

DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.

xxx

“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

Hazırda istintaq tədbirləri aparılır.

Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.