ABŞ-ın Ankaradakı səfiri Tomas Barrak “Anadolu” agentliyinə verdiyi son müsahibəsi ilə beynəlxalq medianın diqqətini çəkib. Onun Türkiyə və F-35 qırıcı təyyarələri ilə bağlı verdiyi açıqlamalar həm İsrail, həm də Yunanıstan mediasında geniş əks-səda doğurub.
Barrak xüsusilə Türkiyənin F-35 proqramına yenidən qatılması məsələsinə toxunub və bu fikirlər regionda müzakirələrə yol açıb.
İsrailin “hmnews.il” saytı xəbəri “Türkiyə nəhayət F-35 yoluna girdi” başlığı ilə təqdim edib.





