Dünya tarixi-fəlsəfi fikrində türk mədəniyyətləri və sivilizasiyaları problemi – Telman VƏLİXANLI (CƏFƏROV)

XIX əsrin ikinci yarısından başlayaraq, mədəniyyət və sivilizasiyalar tarixi, mədəni-tarixi tiplər ilə əlaqədar N.Danilevski, O.Şpenqler, A.Toynbi və digərləri tərəfindən irəli sürülmüş konsepsiyalarda türklər yalnız “vəhşi” və “dağıdıcı”, ən yaxşı halda neqativ planda verilən “köçəri” mədəniyyət daşıyıcısı kimi göstərilib. Klassik avrasiyaçıların və Turan avrasiyaçılığı, türk-slavyan tədqiqatları (“tyurkoslavika”) istisna olmaqla, bəşəri əhəmiyyətə malik Qədim və Orta əsrlər türk sivilizasiyaları haqqında bu cür mübahisəli və qərəzli rəylərə qarşı dünya fəlsəfi fikir tarixində hələ ki ciddi arqumentlər irəli sürülməyib…