Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə mümkün danışıqlar üçün Türkiyəni ev sahibi ölkə kimi nəzərdən keçirdiklərini açıqlayıb.
Zelenskinin sözlərinə görə, müharibəyə son qoymaq üçün bu həftə Türkiyə, Körfəz ölkələri və Avropa dövlətləri ilə təmaslar aparılacaq.
“Bu müharibəni bitirmək üçün mümkün qədər hazır olacağıq. Rusiya ilə mümkün görüşə ev sahibliyi etmək üçün Türkiyə də daxil olmaqla bir sıra ölkələrlə əlaqə saxlayacağıq”, – deyə o söyləyib.
Zelenski həmçinin ABŞ və digər müttəfiqlərini Rusiyaya təzyiq göstərməyə çağırıb. O, Ukraynanın təhlükəsizliyinin güclü ordu ilə mümkün olduğunu vurğulayaraq silahlı qüvvələrin uzunmüddətli maliyyə və silahlarla təmin ediləcəyini qeyd edib.




