“Günay” Uşaq Teatrının direktoru Larisa Tarusovanın Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidentinin səlahiyyətlərini icra edən Afaq xanım İsmayılova ilə görüşü üçün təşkil olunan yığıncaqda Sabitlik və İnkişaf Mərkəzinin direktoru Rasim Məmmədov və təşkilatın bir neçə rəhbər üzvləri iştirak etmişlər.
Görüşdə bir çox məsələlər müzakirə olundu. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qarşıda duran tədbirlərin birgə təşkilatçılığı da nəzərdə tutuldu.
Görüşdə şəhid anası DAMM İB-nin Xəzər Rayon Təşkilatının sədri Reyhan Yusifova və DAMM-ın rəhbər heyətinin üzvü Bayram Mustafayevdə iştirak etmişlər.









