Daha bir ölkə sərhədlərini bağlayır – QƏRAR

0
384

Daha bir ölkə sərhədlərini bağlayır - QƏRAR

İraq İranla sərhədləri bağlamaq haqqında qərar verib.

Bu barədə İraq Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 8-dən etibarən İranla 5 sərhəd-keçid məntəqəsi bağlanacaq. Qərar yalnız İraqın şimalında kürd muxtar vilayətinin İranla sərhəd-keçid məntəqəsinə şamil edilmir.

Qeyd edək ki, İraqda koronavirus daşıyıcılarının sayı 47 nəfərdir, ölənlərin sayı isə 4-dür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 241-ə çatıb. Bunların 57 624 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.