Cüdo millimiz İslamiadada yarımfinala yüksəldi

Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Yığma qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı seçməsi ilə üz-üzə gəlib.

Azərbaycan millisi rəqibini üstələyərək (4:0) yarımfinala yüksəlib.

Yığma növbəti raundda Qazaxıstanla qarşılaşacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Cüdo millimiz İslamiadada yarımfinala yüksəldi

VI İslam Həmrəyliyi Oyunları cüdoçularımız üçün yekunlaşıb.

Komandamız fərdi yarışları iki qızıl, iki gümüş və beş bürünc olmaqla doqquz medalla başa vurublar.

Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində məğlub olub.

Yığma bu raundda Misir seçməsi ilə üz-üzə gəlib.

Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət cütlük rəqibinə 5:8 hesabı ilə uduzub.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.

Üzgüçülərdən Məryəm Cavadova, Abdurrahman Rüstəmov, Anastasiya Boborıkina, Eqor Maynitski, Ramil Vəlizadə, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı və 2 qız, 2 oğlandan ibarət qarışıq komanda bacarıqlarını göstərməyə çalışacaq.

Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi yarımfinalda Misir seçməsi ilə üz-üzə gələcək. Cüdo yığması isə 1/4 finalda Səudiyyə Ərəbistanı ilə münasibətlərə aydınlıq gətirəcək.

Ağırlıqqaldıran Ravin Alməmmədov (79 kq) yarışa qrup mərhələsində start verəcək.

Dörd boksçumuz isə bu gün final görüşünə çıxacaq. Nərgiz Zeynalova (54 kq) Ayşen Taşkinlə (Türkiyə), Səidcəmşid Cəfərov (80 kq), Sultan Osmanlı ilə (Türkiyə), Aynur Mikayılova (57 kq) Xumorabonu Mamajonova ilə (Özbəkistan), Məhəmmədəli Qasımzadə (60 kq) Madiyar Daniyarovla (Özbəkistan) döyüşəcək.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan təmsilçiləri indiyədək 17 mükafat (2 qızıl, 3 gümüş, 12 bürünc) qazanıblar və ölkə medal sıralamasında altıncı sıradadır.