Çinin Haynan kurort adasının cənubunu “Fenşen” tropik qasırğası vuracaq. Qasırğa oktyabrın 21-22-də bölgəyə leysan yağışlar və güclü külək gətirəcək.
Bu barədə Çin Meteorologiya İdarəsindən məlumat verilib.
Məlumata görə, küləyin sürəti 30 m/s-ə çatacaq.
Qasırğa Cənubi Çin dənizindəki Sişa adaları üzərindən keçəcək. Əlverişsiz hava Haynan adasının Sanya şəhərinə təsir edəcək. Oktyabrın 22-23-də qasırğa Vyetnamın mərkəzi hissəsinə çatacaq.
Qeyd edək ki, oktyabrın 19-da Filippində “Fenşen” qasırğası nəticəsində 8 nəfər ölüb, daha iki nəfər itkin düşmüş hesab olunur.




