Çindən Putin-Tramp görüşünə MÜNASİBƏT

Çin Ukrayna böhranının sülh yolu ilə həlli üçün bütün səyləri dəstəklədiyini və Rusiya ilə ABŞ arasında əməkdaşlığı alqışladığını bəyan edib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien açıqlama verib.

“Çin böhranın sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləyir və Rusiya ilə ABŞ arasında əməkdaşlığı, iki tərəf arasında münasibətlərin yaxşılaşdırılmasını və Ukrayna böhranının siyasi həllinin irəliləyişini alqışlayır”, – o söyləyib.

Çin diplomatı mümkün qədər tez bir zamanda bütün tərəflər üçün məqbul olan ədalətli, uzunmüddətli və məcburi sülh sazişinin əldə ediləcəyinə ümidlərini dilə gətirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada görüşəcəklər.