Çində yeni virus aşkarlandı: gənə ilə ötürülür

Çindən olan alimlər gənə dişləməsi ilə insana keçən yeni virus növü aşkar ediblər. Asiya uzunayaq gənəsinin nayrovirusu (ALTNV) adlandırılan virus SFTS-ə bənzər simptomlara səbəb olur.

Tədqiqatın nəticələri “The New England Journal of Medicine” jurnalında dərc olunub.

Alimlər ALTNV-ni trombositopeniya sindromu ilə müşayiət olunan kəskin qızdırma (SFTS) üzərində araşdırma apararkən müəyyən ediblər. Belə ki, SFTS diaqnozu qoyulan pasiyentlərin təxminən 30 faizində xəstəliyin əsas törədicisi hesab olunan Dabie bandavirusu aşkarlanmayıb. Bununla da, SFTS-ə bənzər əlamətlərə səbəb olan yeni virusun mövcudluğu üzə çıxarılıb.

Dabie bandavirusu kimi ALTNV də yoluxmuş gənənin dişləməsi nəticəsində insana keçir. Yoluxma zamanı halsızlıq və həzm sisteminin fəaliyyətində pozuntular müşahidə olunur.

Dabie bandavirusundan fərqli olaraq, ALTNV infeksiyasının ölümə səbəb olduğu müəyyən edilməyib. Bununla belə, hər iki virusa eyni vaxtda yoluxan 38 pasiyentdən 7-si həyatını itirib.