“ChatGPT”də valideyn nəzarəti sistemi tətbiq edilib

“OpenAI” şirkəti “ChatGPT”nin desktop və mobil versiyalarına valideyn nəzarəti sistemini tətbiq edib.

Nəzarət sistemi sayəsində valideynlər yeniyetmələrin həssas məzmuna girişini məhdudlaşdıra, söhbət tarixçəsini yadda saxlama funksiyasını idarə edə biləcəklər.

Lakin onlar yeniyetmənin söhbətlərinə birbaşa giriş əldə edə bilməyəcəklər.