Süni intellekt proqramı “ChatGPT” bəzi hallarda istifadəçi yazışmalarını polisə ötürməyə başlayıb.
Bu barədə məlumat OpenAI şirkətinin rəsmi saytında yer alıb.
Şirkətdən bildirilib: “Əgər istifadəçilərin başqalarına zərər verməyi planlaşdırdıqlarını aşkar etsək, onların mesajları xüsusi kanallara yönləndirilir və kiçik bir qrup tərəfindən nəzərdən keçirilir. Araşdırma nəticəsində başqalarına ciddi fiziki zərər riski müəyyən olunarsa, məsələ hüquq-mühafizə orqanlarına ötürülə bilər”.
OpenAI həmçinin vurğulayıb ki, əsas məqsəd proqramı insanlar üçün daha faydalı etməkdir: “Biz modellərimizin psixi və emosional sıxıntı əlamətlərini tanıma, onlara reaksiya vermə və insanlara yardım göstərmə bacarığını daim təkmilləşdiririk”.




