Çeçenistanda liderlik seçkisində Kadırov qalib gəldi: Görün neçə faiz səs toplayıb

Çeçenistan Respublikasının hazırkı rəhbəri Ramzan Kadırov bütün səsvermə bülletenləri emal edildikdən sonra regional liderlik seçkilərində qalib gəlib.

Bu barədə Çeçenistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Onlayn səsvermə sisteminə görə, bülletenlərin 100%-i sayıldıqdan sonra Kadırov səslərin 99,85%-ni toplayıb. Digər iki namizədin hər biri 0,05% səs toplayıb.

Bu il Çeçenistan Respublikasının başçısı seçkilərində üç namizəd iştirak edib: Çeçenistanın hazırkı rəhbəri Kadırov (Vahid Rusiya), Çeçenistan Respublikası İctimai Palatasının sədri İsmayıl Denilxanov (Ədalətli Rusiya) və regional parlamentin (KPRF) üzvü Xalid Nakayev.