BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, süni intellektdən geniş istifadə plansız və subyektlərin razılığı olmadan aparılan bir təcrübədir.
Baş katib bu barədə Cenevrədə süni intellekt təhlükəsizliyi üzrə keçirilən konfransda bildirib.
“Plan və ya razılıq olmadan cəmiyyətimiz üzərində təcrübələr aparılır və bu, davamlı deyil və qəbuledilməzdir. Süni intellekt artıq dünyamızı dəyişdirir. Sual budur ki, bu transformasiyanı birlikdə idarə edəcəyik, yoxsa bizi idarə etməsinə icazə verəcəyik”.
BMT-nin Baş katibi süni intellekt üzərində nəzarəti bərpa etmək üçün ona bir sıra məhdudiyyətlər qoyulmasına çağırıb. Quterreşin sözlərinə görə, bu məhdudiyyətlər həm hökumətlər, həm də inkişaf etdiricilər tərəfindən qəbul edilməlidir.




