Burnumuzun ucunda yerləşdiriblər: Ukrayna PUA-ları Rusiyadan qaldırır – Generaldan iddia

Çuvaşiyaya hücum üçün istifadə edilən pilotsuz təyyarələrin mümkün buraxılış yeri elə Rusiya ərazisi ola bilər.

Bu iddia ilə Əməkdar hərbi pilot, general-mayor Vladimir Popov NEWS.ru-ya müsahibəsində çıxış edib.

“Dronlar, şübhəsiz ki, Ukrayna ərazisindən Çuvaşiyaya uçmayıb . Bütün bunlar bizim burnumuzun dibində qurulub. Ukrayna Silahlı Qüvvələrinin vurduğu hədəflərdən maksimum 200 km, orta hesabla isə 50-100 km məsafədə”, – zabit bildirib.

Popov əlavə edib ki, onları çox güman ki, Kiyevi dəstəkləyən və ya maliyyə maraqları ilə hərəkətə gətirilən təxribatçılar işə salıblar.

Çuvaşiyaya hücum çərşənbə günü, noyabrın 26-da qeydə alınıb. Çeboksarı sakinləri şəhərin kənarında güclü partlayışlar olduğunu bildiriblər. Güclü dron partlayışının videosu internetdə yayımlanıb. İlkin məlumatlara görə, biri azyaşlı olmaqla iki sakin yaralanıb.