Bu universitetə yeni prorektor təyin olundu

Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.

Elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.

Əmrə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub.

O, bu gün universitet kollektivinə təqdim edilib.