Bu şəhər dünyanın ən təhlükəli şəhərlərindən biridir – Tramp

Küçə cinayətləri Vaşinqtonu dünyanın ən təhlükəli şəhərlərindən birinə çevirib.

Bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

Tramp vəziyyəti düzəldəcəyinə söz verib:

“Bazar ertəsi Ağ Evdə Vaşinqtonda zorakı cinayətə son qoyacaq mətbuat konfransı olacaq. Bu şəhər dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib. Lakin tezliklə ən təhlükəsiz şəhərlərdən birinə çevriləcək”.