Bu gün Qəbələ rayon Tüntül kənd şəhid Agayev Tapdıq Cingiz oglunun 5- ci il dönümü qeyd olundu

Tədbir də Tüntül kənd məktəbinin müəllimi kollektvir, yazarlar, ilhayaytcilar ,Qəbələ TV, , kənd sakinləri, qazilər ,şəhid ailələri ,şəhidin silahdaşlari iştirak etdilər.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Şəhidin qəhrəmanlıgından danışılmış , ailəsinə başsağlığı verilmişdi.

Gələn qonaqlara çıxış üçün söz verilmişdi.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Ağayev Tapdıq Çingiz oğlu 2 Dekabr 1990-cı ildə Qəbələ rayon Tüntül kəndində anadan olub. 1996-2005-ci illərdə Murtuzov Müşviq adına Tüntül kənd məktəbində orta təhsil alıb. 2006-ci ildə Bakı Sənaye-Pedaqoji kollecinə daxil olub. 2010-cu ildə təhsilini başa vuraraq oktyabr ayında xidmətə yola düşüb. Xidmətini Qusar rayonunda yerləşən N saylı hərbi hissədə 2012-ci il aprel ayında  başa vurub. 2016-ci ildə yenidən öz istəyi ilə Bakı şəhərində N saylı Hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayıb. Həmlə taborunda baş atıcı kimi xidmət edən Tapdıq 27 sentyabr Vətən müharibəsi başlayan zaman cəbhəyə yola düşüb. 8 oktyabrda Füzuli, Cəbrayıl istiqamətində 25 döyüş yoldaşı ilə birlikdə şəhid olub. 22 gün neytral zonada qalan Tapdıq 29 oktyabrda neytral zonadan götürülüb. 30 oktyabrda doğuldugu Qəbələ rayon Tüntül kəndində xalqın böyük iztihamı ilə kənd qəbristanlığında dəfn olunub.
O, bir bacının bir qardaşı idi. Tapdıq 2018-ci ildə ailə həyatı qurmuşdu və bu evlilikdən azyaşlı bir oğlu var. Şəhidin həyat yoldaşı Gülşən xanım deyir ki:” oğlum Uğuru atası kimi şərəfli və atası kimi mərd bir oğul böyüdəcəm.

Allah cəmi şəhidlərimizə rəhmət etsin

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyin rəhbəri