Vətəndaşlar Türkiyədə iqlim şəraitindən istifadə edərək, bazar günləri ticarət mərkəzlərini bağlamağı, dövlət qulluqçularını dörd günlük iş həftəsinə keçməsini və İstanbulun Türkiyənin qış paytaxtı olmasını təklif ediblər.
NTV-nin məlumatına görə, bu təkliflər ötən ay ölkə parlamentinə təqdim edilib.
Məlumatda deyilir: “Qeyri-adi petisiyalar arasında İstanbulun qış paytaxtı, Ankaranın isə yay paytaxtı olaraq qalması təklifləri də var. Vətəndaşlar həmçinin özəl detektivlərin qadağan edilməsini, bazar günləri ticarət mərkəzlərinin bağlanmasını və dövlət qulluqçularının dörd günlük iş həftəsinə keçirilməsini təklif edirlər”.




