Əziz həmvətənlərim! Sizi dünya müsəlmanlarının müqəddəs bayramı olan Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu mübarək günlərin hər birinizə xeyir-bərəkət, ruzi, sağlamlıq və mənəvi rahatlıq gətirməsini arzulayıram.
İlk növbədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, həyat yoldaşlarını və yaxınlarını bayram münasibətilə xüsusi olaraq təbrik edirəm. Onların göstərdiyi fədakarlıq xalqımızın qürur mənbəyidir.
Birbaşa şəhid ailələri ilə çalışan bir şəxs kimi, hər zaman ilk növbədə şəhid ailələrimizi, onların analarını, atalarını və doğmalarını xüsusi diqqət və ehtiramla yad edir, bu müqəddəs bayramda onlara səbir, möhkəmlik və Allahdan rəhmət diləyirəm.
Eyni zamanda xalqımızın qədim və milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə də hər birinizi ürəkdən təbrik edirəm. Novruzun gəlişi ilə evlərinizə bolluq, sevinc, yeni başlanğıclar və xoş günlər gəlsin.
Qoy bu əziz bayramlar hər bir ocağa nur, sevinc və birlik gətirsin!
Bayramlarınız mübarək olsun!
Rasim Məmmədov,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin sədri, ictimai xadim




