Türkiyədə Ali Apellyasiya Məhkəməsinin 12-ci Cinayət Kollegiyası sosial şəbəkələrlə bağlı mühüm qərara imza atıb.
Qərara görə, ictimai profillərdən götürülən fotolar sahibinin icazəsi olmadan paylaşılarsa, bu hərəkət “şəxsi məlumatların qanunsuz əldə edilməsi və yayılması” cinayəti kimi qiymətləndiriləcək.
Qərara əsasən, bu kimi hallara yol verənlər 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilə bilərlər.




