Bakıda fələstinli cütlüklər peyda oldu: Görün insanlardan nə tələb edirlər

Son günlər Bakı bulvarında özlərini Fələstin vətəndaşı kimi təqdim edərək pul istəyən şəxslər peyda olub.

Onlar əsasən cütlük şəklində gəzir, insanlara yaxınlaşaraq kömək istəyirlər.

İngilis dilində danışan gənc oğlan yanındakı xanımın Fələstindən qaçaraq Bakıya gəldiyini iddia edir. O, daha sonra çətin vəziyyətdə olduqlarını və ac qaldıqlarını deyərək pul istəyir.

Bu cür cütlüklərə daha çox axşamlar rast gəlinir. Onların hamısı eyni sözləri təkrar edərək yardım istəyir.

Hələlik bu şəxslərin kimliyi ilə bağlı məlumat yoxdur.