Bakı metrosunun Bənövşəyi xəttində yeni stansiya: “Nizami”yə keçid olacaq

Bakı Metropoliteninin Bənövşəyi xəttində inşa olunan 6-cı stansiya gələcəkdə mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək. 

Stansiya sərnişinlər üçün həm də “Nizami” stansiyası vasitəsilə Yaşıl xəttə keçid imkanı yaradacaq.

Sərnişin axını xəritələri göstərir ki, “Xocəsən” və “Avtovağzal” stansiyalarından başlayaraq əhatə olunan ərazi üzrə hərəkət istiqamətləri yeni stansiyanın əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Axın istiqamətləri stansiyanın mobilliyin artırılması, sərnişin rahatlığının təmin edilməsi və sərnişinlərin metro şəbəkəsi üzrə daha səmərəli paylanması baxımından strateji rol oynayacağını nümayiş etdirir.

Qeyd olunur ki, yeni stansiya müxtəlif xətlər arasında əlaqəni gücləndirməklə yanaşı, paytaxtın nəqliyyat sistemində yükün daha balanslı bölüşdürülməsinə də töhfə verəcək.