Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant”a bildirib.
“Danışıqlar ilk növbədə prezidentin köməkçiləri səviyyəsində aparılıb. Bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib”, – nəşr yazıb.
Öz növbəsində, Moskva da Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib. Lakin həmin şəxsi adı açıqlanmayıb.




