Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? – Həkimdən xəbərdarlıq

Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?

Bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb.

O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib.

Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortaya çıxarsa, o zaman həkimə müraciət etmək vacibdir. O, həmçinin əlavə edib ki, bəzən göyərmələrin yaranmasının və ya yüksək qanaxmanın səbəbi C və P vitaminlərinin çatışmazlığı ilə əlaqəli olur.

Ekspert bildirib ki, əgər göyərmələr gözlə görünən zədə olmadan ortaya çıxırsa, bu, hemostaz sistemində pozuntuların olduğunu göstərə bilər. Mütəxəssis vurğulayıb ki, daha bir variant trombosit funksiyasının pozulmasıdır.

“Qazanılmış pozuntular ağır infeksiyalar, autoimmun xəstəliklər, qaraciyər xəstəliyi, eləcə də kəskin leykoz zamanı, trombosit sayı azaldıqda yarana bilər”, – deyə Mixail Antoşin qeyd edib.