Azərbaycanda yeni kanal açıldı

0
547

Bir həftədir Azərbaycanda yeni “Xəzər Music” adlı kanal istifadəyə verilib.

Musiqi kanalı hələ ki, test yayımı edir. Sözügedən onlayn televiziyada Azərbaycan estradasına məxsus mahnılar, şou-biznes xəbərləri təqdim olunur.

Xəzər Media Mərkəzindən bildirilib ki, efirdə bayağılığa yer verilməyəcək, sırf estrada musiqisi təbliğ olunacaq:

“Xəzər Media Mərkəzinin işi təkcə televiziya, radiolardan ibarət deyil. Biz eyni zamanda sosial şəbəkələrdə, əsasən də “Youtube” üzərindən yayıma diqqət yetiririk. Məqsəd efirə baxma imkanı olmayan tamaşaçılarda olan boşluğu doldurmaqdır. “Youtube” səhifəmizin 900 minə yaxın abunəçisi var.

Təxminən 1 həftədir ki, “Xəzər Music” adlı kanalı istifadəyə vermişik. Burada kəsintisiz musiqi yayım siyasətini həyata keçiririk. Yayımda bayağı musiqilərə yol verilmir. Canlı yayımlanan kanalda səviyyəli musiqilər yerləşdirilir. Test yayımındadır.  Hələ ki, “Youtube” üzərindən davam etdirilməsi nəzərdə tutulub”.