Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində məlumat verilib.
Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən doğum əmsalı 9.2-dən 8.2-yə enib.
Doğulanların 53.4%-i oğlan, 46.6%-i isə qız uşaqları olub.
Məlumata görə, doğulanlardan 1 696-sı əkiz, 60-ı isə üçəm olub.



