Ermənistan, Rusiya və Azərbaycan hökumətlərinin baş nazir müavinləri formatında işçi qrupu uzun müddətdir ki, fəaliyyət göstərmir.
Bunu iyulun 16-da keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, mətndəki uyğunsuzluqlar səbəbindən baş verib.
“Bundan başqa, bu həm də praktiki problemlərə görə baş verib, açığını desəm, inamsızlıq ucbatından baş verib”, – Paşinyan qeyd edib.
Amma Paşinyan “inamsızlıq” deyərkən nəyi nəzərdə tutduğunu açıqlamayıb.




