Avropa Ukrayna münaqişəsinə görün nə qədər pul xərcləyib

Avropa ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı ümumi xərcləri 1 trilyon avroya çatıb.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” telekanalının efirində məlumat verib.

O, anti-Rusiya sanksiyalarının Aİ üçün ciddi siyasi və iqtisadi nəticələrə səbəb olduğunu vurğulayıb.

Türk diplomatının qiymətləndirməsinə görə, Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər Avropa iqtisadiyyatına və siyasi sabitliyinə əhəmiyyətli təsir göstərib.