Altı ay ərzində 300-dən çox şəxs ölkəyə geri qəbul olunub

“2026-cı ilin ilk altı ayında readmissiya sazişləri çərçivəsində 306 nəfər Azərbaycana geri qəbul edilib”.

Bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində deyib.

V.Hüseynov qeyd edib ki, 2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 min 990 nəfər ölkəyə geri qəbul edilib:

“Bu il geri qəbul edilənlərin əksəriyyəti Avropa İttifaqına üzv dövlətlərdən qaytarılan Azərbaycan vətəndaşlarıdır. Hazırda da növbəti readmissiya prosesi üzrə hazırlıq işləri aparılır”.