Almaniya Silahlı Qüvvələrinin general-mayoru Kristian Freydinq Rusiya aerodromlarına zərbə endirməyi təklif edib.
O, bu barədə Bundesverin “YouTube” kanalında bildirib.
Alman hərbçinin fikrincə, Rusiya infrastrukturuna zərbələr Ukraynaya Rusiyanın münaqişədə artan hava üstünlüyü ilə daha effektiv mübarizə aparmağa kömək edəcək.
Freydinq həmçinin qeyd edib ki, Rusiya silahlı qüvvələrinin hücum potensialının ümumiyyətlə üzə çıxmamasına dolayısı ilə təsir etmək mümkündür.
“Birinci variant, əlbəttə ki, hava hücumlarına qarşı hücum əməliyyatlarını öz gücümüzlə həyata keçirməkdən ibarətdir — uzaq mənzilli vasitələrdən və ümumilikdə hava müharibəsi vasitələrindən, yəni bu vasitələrdən istifadə edilməzdən əvvəl aerodromlara zərbələr endirən təyyarələrdən istifadə etməklə”, – alman generalı bildirib.
O, müdafiə sənayesi müəssisələrinin də hədəf ola biləcəyini əlavə edib. Bundan əlavə, Freydinq Moskvanın raket istehsalında əhəmiyyətli irəliləyiş əldə etdiyini etiraf edib, lakin Rusiyanın hərbi-sənaye kompleksinin inkişafına mane olmaq yolunun tapılmasını istəyib.




