Allahverdi Məmmədli: Jurnalistikaya Həsr Olunmuş Ömür

Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist Allahverdi Məmmədli — Azərbaycan jurnalistikasının və media təhsilinin parlaq simalarından biridir. 2025-ci il 26 iyun tarixində 69 yaşını tamamlayacaq görkəmli alim bu il şərəfli həyat yolu və zəngin yaradıcılıq fəaliyyətini qeyd edir.
İctimai Nəzarət Koalisiyası, Sabitlik və İnkişaf Mərkəzi İB-nin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti Rasim Məmmədov və kollektivi adından:
“Hörmətli müəllimimiz Allahverdi Məmmədlinin 69 yaşı münasibətilə ürəkdən təbrik edirik! Siz nəinki jurnalistikanın inkişafında böyük rol oynamısınız, həm də nəsil nəsildən bilik və peşəkarlıq ənənələrini ötürən görkəmli alimsiniz. Bu münasibətlə sizə sağlamlıq, uzun ömür və yaradıcılıq fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Kollektivimiz adından dərin hörmət və ehtiramlarımızı bildiririk!”
Professorun fəaliyyəti Azərbaycan mediayasının formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Onun tələbəlik dövründən – SSRİ Jurnalistlər İttifaqının üzvü seçilməsindən tutmuş “Azad Azərbaycan” qəzetinin baş redaktoru və Ali Məhkəmənin mətbuat xidmətinə rəhbərlik etdiyi dövrə qədər uzanan fəaliyyəti, peşəkarlıq və sədaqət nümunəsidir. BDU-da professor kimi fəaliyyət göstərdiyi dövrdə o, yalnız milli mətbuat tarixi sahəsində dəyərli tədqiqatlar aparmayıb, həm də 53 imtahandan 51-ni “əla” qiymətlə vermək kimi akademik nailiyyətlərin sahibi olub. Onun yetişdirdiyi tələbələr indi ölkənin aparıcı media təşkilatlarında uğurla çalışırlar. Bu gün də BDU-da dərs deməklə yanaşı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Fəxri üzvü” kimi Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edir.
Allahverdi Məmmədlinin həyat yolu – bu, Azərbaycan jurnalistikasının tarixinə qızıl hərflərlə yazılmış şərəfli bir səhifədir. Onun hər addımı – bilik, təcrübə və vətənpərvərliklə dolu parlaq nümunədir. Ən dəyərli irsi isə – nəsildən nəslə ötürülən peşəkarlıq ənənələri və səmimi xidmət ruhudur ki, bu da onu həm yaddaşlarda, həm də Azərbaycan mətbuat tarixində əbədiləşdirir.