Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, tanınmış ictimai xadim Rasim Məmmədov, ictimaiyyət nümayəndəsi, Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir.
Rasim Məmmədov qeyd edir ki, Cabir İmanovun itkisi Azərbaycan cəmiyyəti üçün ağır itki olmaqla yanaşı, onu tanıyan və sevən hər kəsin qəlbində böyük kədər doğurub. Onun vətənə, xalqa xidmətləri, ictimai fəaliyyətləri və insanlara olan münasibəti daim hörmətlə xatırlanacaq.
Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və onu sevən hər kəsə səbir və dözüm diləyir, xalqımızla birgə kədəri bölüşürük.
Allah rəhmət eləsin, ruhu şad olsun.




