Müasir həyat tərzi və texnologiyanın inkişafı insan bədənini tədricən dəyişir. Alimlər hesab edirlər ki, minlərlə il ərzində bəzi orqan və xüsusiyyətlər tamamilə sıradan çıxacaq.
Bu barədə “The Sun” nəşri yazıb.
Məlumata görə, bədənimizdə bir vaxtlar yaşamaq üçün vacib olan, lakin indi lazımsız hala gələn beş əsas orqan və toxuma gələcəkdə yox ola bilər:
Bədən tükləri
Bədən tükləri istilik və qorunma təmin etmək üçün vacib idi. Lakin bu gün bir çox insan estetik səbəblərdən bədən tüklərini təmizlətdirir. Alimlər tüklərin zamanla daha incələşə və hətta tamamilə yox ola biləcəyini proqnozlaşdırırlar.
Ağıl dişi
Əcdadlarımızın çiy və sərt qidaları yeməsinə kömək edən bu dişlər bişmiş qidalar sayəsində funksiyasını itirib. Mütəxəssislərin fikrincə, çənə quruluşumuz artıq kiçilib, bununla da ağıl dişləri gələcək nəsillərdə tamamilə yox ola bilər.
Büzdüm sümüyü (Koksiks)
Əcdadlardan miras qalan bu quruluş tarazlığı təmin edirdi. Müasir həyat tərzində düz döşəmələr və stullar ilə bu sümük öz funksiyasını demək olar ki, itirib.
Appendisit
Əvvəllər lifli bitkilərin həzmində rol oynayan bu orqan indi böyük ölçüdə disfunksiyaya çevrilib. Böyük Britaniyada hər il təxminən 7000 insan appendisit əməliyyatı keçirir. Elm adamları appendisitin minlərlə il ərzində tamamilə yox ola biləcəyini proqnozlaşdırırlar.
Qulaq əzələləri
Qulaq əzələləri əcdadlarımıza səsləri istiqamətlərinə görə qəbul etməyə kömək edirdi. Bu gün texnologiyanın inkişafı və müasir həyat bu əzələlərin funksiyasını aradan qaldırır. Alimlər bildirirlər ki, qulaq əzələləri zamanla kiçilib yox olacaq.




