Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.
O, bu barədə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ümumi xarici siyasəti ilə uyğunlaşdırılması Aİ tərəfdaşları, o cümlədən Ermənistan üçün çox vacibdir”, – o deyib.
Kallasın sözlərinə görə, hazırda Ermənistanın xarici siyasətinin Aİ ilə uyğunluq səviyyəsi 37% təşkil edir. O vurğulayıb ki, Rusiya Federasiyasına qarşı sanksiyalar ağırdır, lakin Aİ ölkələri istəyirlər ki, onların tərəfdaşları da bu məhdudiyyətlərə qoşulsun.
Kallas həmçinin bildirib ki, Avropa İttifaqı Ermənistana, o cümlədən Rusiyaya qarşı mübarizə üçün, 50 milyon avro ayıracaq.
Aprelin əvvəlində Ermənistan prezidenti Vaaqn Xaçatryan ölkənin Avropa İttifaqına “üzvlük prosesinə başlanması” haqqında qanunu imzalayıb.




