Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb.
Meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb.
Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıyev Ağdamda şirkətlərdən birində mühafizəçi işləyib.
Faktla bağlı araşdırma aparılır.



