Meyxanaçı Ağakərim (Kərim Novruzov) sabah Maştağa qəbiristanlığında dəfn ediləcək.
Bu barədə sənətçinin dostu, meyxanaçı Ağamirzə Məmmədov məlumat verib.
Onun sözlərinə görə, meyxanaçı ilə vida mərasimi sabah evində keçiriləcək və saat 11:00-da Maştağa qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzov bu gün vəfat edib.




