Ağ xalatli şəhid Aqşin Ənverlinin  anım mərasimi keçirildi

Bu gün Qəbələ rayon Nicat Atayev adına 4 nömrəli tam orta məktəbində Şəhid hərbi həkim baş  leytenant Aqşin  Ənverlinin. anım günü keçirildi.

Tədbirdə şəhidin ailə üzvləri,,məktəb müəllim kollektivi, şəhid ailələri təşkilat rəhbərləri, şagirdlər iştirak etdi.

Tədbir Azərbaycan respublikasının dövlət himni ilə başladı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış üçün söz məktəbin direktoru Məhəbbət müəlliməyə verildi. Məhəbbət müəllimə şəhidin yaxınlarına səbr dilədi, onların övladları ilə qürur duyduğunu bildirdi

Şəhidin atası  Faiq müəllim çıxış edərək,öz övladının xatirəsindən , onun qəhrəmanlığından danışdı.
Məktəb müəllimlərinə minnətdarlığını bildirdi.

Müəllimlər Aqşin Ənverlinin nümunəvi şagirdi oldugunu söylədilər.
Şagirdlər şeirlər söyləmiş, kompazisiyalar nümayiş etdirmişdi.
Aqşin Ənverlinin əl işlərinə həsr olunmuş sərgi nümayiş olunmuşdur.

Çıxış. üçün söz şəhid ailələribə verilmişdi. Onlarda öz çıxışlarında şəhid valideynlərinə başsağlığı vermiş, məktəbin müəllim kollektivinə minnətdarlıqlarını bildirmişdilər.

Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub.2001-2012-ci illərdə Qəbələ şəhəri Nicat Apayev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb.
Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb.Bir müddət sonra isə Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.

Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Döyüşlər zamanı səngərdə baş leytenant rütbəsi alıb .Aqşin Ənvərli noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 18.11.2020 ci ildə Qəbələ rayonu Xırxatala kənd qəbristanlığında dəfn olunub

Allah cəmi şəhidlərimizə rəhmət etsin

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri