Ağ xalatli şəhid Aqşin Ənverlinin 5- çi il dönümü qeyd olundu

Bu gün Qəbələ rayon Xırxatala kəndin  şəhidi Aqşin Ənverlinin anım mərasimi keçirildi.
Tədbirdə şəhidin ailə üzvləri, yaxınları , yazarlar,kənd sakinləri , Mədəniyyət işçiləri, Oğuz , Qəbələ şəhid ailələri, Qəbələ TV, zabitlər , qazilər, məktəb müəllimləri , ilahiyyatçılar iştirak etmişdir.
 
Əvvəlcə şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Şəhidin atası Faiq müəllim çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir 

Tədbirdə çıxış edənlər şəhid Aqşinin  qəhrəmanlığından danışmışlar.

 Zabit Ədalət müəllim tərəfindən Şəhidin atasına Aqşin Ənverlinin xalası hədiyyə edilmişdir.

Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub.2001-2012-ci illərdə Qəbələ şəhəri Nicat Apayev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb.
Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb.Bir müddət sonra isə Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.

Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Döyüşlər zamanı səngərdə baş leytenant rütbəsi alıb .Aqşin Ənvərli noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 18.11.2020 ci ildə Qəbələ rayonu Xırxatala kənd qəbristanlığında dəfn olunub

Allah cəmi şəhidlərimizə rəhmət etsin

Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri