Ağ Evin qarşısında Ukraynaya dəstək aksiyası keçirildi

ABŞ-da Ağ Evin qarşısında Ukraynaya dəstək aksiyası keçirilib.

Aksiyada ABŞ-da yaşayan Ukrayna icmasının üzvləri ilə yanaşı amerikalılar da iştirak ediblər.

Nümayişçilər üzərilərində “1994-cü ili unutma”, “Öhdəliklərini yerinə yetir”, “Amerikalıyam, amma Ukraynanı dəstəkləyirəm” və sair dəstək plakatları qaldırıblar. Onlar əllərində ABŞ və Ukrayna bayraqları tutublar.

Aksiyaçılar həmin vaxt Ağ Evdə danışıqlar aparan Prezident Volodimir Zelenskini dəstəklədiklərini deyərək, ABŞ Administrasiyasını və Avropa liderlərini Ukraynada insan ölümünə son qoymağa çağırıblar.