ABŞ hərbçiləri Ərəb dənizində tankerin göyərtəsinə qalxaraq yoxlama aparıblar.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Birləşmiş Ştatların qüvvələri bu gün Ərəb dənizində Komor adaları bayrağı altında hərəkət edən Charminar tankerinin göyərtəsinə yoxlama aparmaq üçün qalxıb. Hazırda gəmi öz marşrutu üzrə hərəkətini davam etdirir”, – məlumatda deyilir.
Bundan əlavə, CENTCOM təsdiqləyib ki, iyulun 24-də Oman körfəzində Mozambik bayrağı altında üzən Lavine tankerinin fəaliyyətini dayandırıb.
Qeyd olunur ki, komandanlığın məlumatına görə, iyulun 14-də İranla bağlı dəniz blokadasının bərpasından sonra ABŞ hərbçiləri 12 kommersiya gəmisinin istiqamətini dəyişdirib, iki gəmiyə eniş həyata keçirib və daha iki gəmini sıradan çıxarıb.




