ABŞ hərəkətə keçdi: Bu əraziyə 8 döyüş gəmisi göndərir

ABŞ Latın Amerikası narkotik kartellərinə qarşı mübarizə çərçivəsində Karib dənizi və Sakit okeana səkkiz hərbi gəmi göndərib.

Bu barədə “Washington Post” məlumat yayıb.

Bildirilib ki, göndərilən ekipajın tərkibində narkotik əməliyyatı çərçivəsində onları saxlamağa məsul zabitlər də var.

Venesuela prezidenti Nikolas Maduro isə bu qərara cavab olaraq “Heç kim Venesuela ərazisinə toxunmağa cəsarət etməməlidir” deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Latın Amerikası narkotik kartelləri ilə mübarizə məqsədi daşıdığı iddia edilən bir icra sərəncamında ordudan istifadənin artırılması barədə göstəriş vermişdi.