Qazaxıstanda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib – YENİLƏNİB + VİDEO

0
258

Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

Məlumata görə, hazırda etirazçılar şəhərin Respublika meydanına toplaşıb. Əraziyə çox sayda asayış keçikçisi cəlb olunub. Nümayişçilərlə polis arasındakı toqquşmalarda sonuncular kütləyə qarşı işıq və səs qumbaralarından istifadə ediblər.

22:03

Qazaxıstanda maye qazın qiymətinin aşağı salınmasına baxmayaraq etirazlar davam edir.

Nümayişçilər ölkə hökuməti qarşısında digər sosial-iqtisadi xarakterli tələblər irəli sürüblər. Artıq ölkə prezidenti Qasım Jomart Tokayev də öz “Twitter” səhifəsindən etirazçılara müraciət edib.

O, həmin tələblərin sabah baş tutacaq hökumət iclasında nəzərdən keçiriləcəyini bildirib.

videoya aşağıdakı linkdən baxa bilərsiniz

//baku.tv/az/dunyaa/48681/