Məşhur alimdən PROQNOZ: Yalnız 2023-cü ildə…

0
378

Rusiya Xalqlar Dostluğu Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sergey Voznesenski dünyada koronavirus infeksiyası ilə bağlı vəziyyətin yalnız 2023-cü ildə yaxşılaşacağı barədə fikir bildirib.

Mütəxəssisinin sözlərinə görə, biz vəziyyətin yalnız 2023-cü ildə əhəmiyyətli yaxşılaşmasını müşahidə edəcəyik.

Voznesenski hesab edir ki, koronavirus üzərində son qələbə üçün təkcə tibbi problemləri həll etmək deyil, həm də maliyyə, iqtisadi və geosiyasi məsələləri sabitləşdirmək lazımdır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, koronavirus pandemiyasının 2022-ci ildə sona çatması üçün hər şans var, lakin bunun üçün inkişaf etmiş ölkələr peyvəndlərin paylanmasına münasibətini dəyişməli olacaqlar. Qebreyesusun sözlərinə görə, koronavirusun yeni, daha aqressiv variantlarının yaranmasına səbəb olan bir çox ştatlarda sakinlər hələ ilk dozanı almadığı halda, zəngin dövlətlər öz vətəndaşları üçün gücləndirici peyvəndlər alır.