Avronun üzərində bu iki türkün fotosu yer ala bilər – FOTO

0
284
lots of euro bills on the table

Avropa Parlamentinin üzvü, millət vəkili Moritz Körner, koronavirusa qarşı peyvənd hazırlayan “BioNTech” biotexnologiya şirkətinin qurucuları Prof. Dr. Uğur Şahin və həyat yoldaşı Dr. Özlem Türecinin şəkillərinin avro əskinaslarına yerləşdirilməsini təklif edib.

Almaniya Azad Demokratik Partiyasından (FPD) olan siyasətçi Moritz Körner, “Welt am Sonntag” qəzetinə açıqlamasında, “BioNTech” şirkətinin qurucuları kimi mühüm avropalı şəxsiyyətlərin yeni avro əskinaslarında yer almalı olduğunu deyib:

“Onların (Uğur Şahin və Özlem Türeci) işləri milyonlarla avropalının həyatını xilas etdi”,- deyə o söyləyib.

Qeyd edək ki, 20-ci ildönümündə avro əskinaslarının yenidən dizaynı tələb olunur.