XƏBƏRDARLIQ: ağızdakı bu dad xərçəngin əlaməti ola bilər

0
359

“Dad qönçələrində dəyişiklik beyin şişinin əlaməti ola bilər”.

Bunu həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalının efirində deyib.

Onun sözlərinə görə, ağızda qeyri-adi acı, turş və ya metal dadı hiss ediləndə diqqətli olmaq lazımdır:

“Bir çox insan bunu unudur. Lakin bəzən bunun arxasında nadir hallarda beyin şişi ola bilər”.

Həkim qeyd edib ki, bunun səbəbi, ehtimal ki, sinirin sıxılmasıdır:

“Üç sinir dad qönçələrindən məlumatı çıxarır və əgər nəsə dəyişərsə, ola bilər ki, bir sinir hardasa sıxılıb. Bu da ola bilər”.

Myasnikov əlavə edib ki, ağızda qeyri-adi dadın yaranması həm də dərmanların, məsələn, bəzi antibiotiklərin və təzyiq dərmanlarının qəbulu nəticəsində yarana bilər.