Cəbrayılda 30 min hektara yaxın ərazidə meşə salınacaq

0
278

Cəbrayılda 2022-2026-cı illərdə 30 min hektara yaxın minalardan təmizlənmiş ərazinin meşə fonduna salınması nəzərdə tutulur”.

Xezerxeber.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq: “Tək Zəngilan, Cəbrayılda deyil, bütövlükdə regionu əhatə edən işlər gündəlikdədir”.