Şəhid ailələrinə və qazilərə edilən ödənişlərin statistikası açıqlandı

0
273

Cari ilin əvvəlindən şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün sosial ödənişlərin məbləğləri orta hesabla 50% artırılmaqla ödənilib. Şəhid ailələrinə 15 800-dən artıq sosial ödəniş təyin edilib.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, müharibədə yaralanmış qazilərimizə 4800-ə yaxın sosial ödəniş təyin olunub: “Şəhid ailə üzvlərinə və müharibə əlillərinə xidmətlərin proaktiv şəkildə təmin edilməsi üçün “Zəfər” AS tətbiqinə başlanılıb. DSMF tərəfindən 13 000 qazimiz ziyarət olunub. Gəncə, Masallı və Ucarda şəhid ailələrinə və müharibə əlillərinə “bir pəncərə” modelində xidmətlərin təşkili üçün vahid əlaqələndirmə mərkəzləri yaradılıb”.