Braziliyada 37 şəhər su altında qaldı

0
292

Braziliyanın Bahia ştatında noyabr ayından davam edən yağışlar səbəbiylə həyatını itirənlərin sayı 18-ə çatıb, 2 nəfər isə itkin düşdüb.

Son bir həftədə leysan yağışları səbəbiylə meydana gələn sel fəlakətlərindən 430 869 nəfər zərər çəkib.

Bahiada 16 mindən çox adam evini itirib və 19 580 nəfər təxliyə edilib.

15 milyondan çox əhalisi olan Bahia ştatının leysan yağışları və daşqınlar səbəbindən 72 şəhərində fövqəladə vəziyyət elan olunub.

Ştatın qubernatoru Rui Kosta daşqının böyük bir bölgəyə təsir etdiyini və 37 şəhərin tamamilə su altında qaldığını bildirib.